Avropa Siyasi Birliyinin Zirvə toplantısı Azərbaycanda keçiriləcək


Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta sosial şəbəkə hesabında yazıb.
“Tiranada çox uğurlu Zirvə toplantısından sonra Avropa Siyasi Birliyi 2025-ci ilin oktyabrında Kopenhagendə yenidən toplanacaq. Toplantı, Liderlər səviyyəsində ümumavropa siyasi dialoqu üçün vacib foruma çevrilib”, - Koşta qeyd edib.
Koşta həmçinin qeyd edib ki, Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top