Halit Ergenç və Rıza Kocaoğluna həbs cəzası verildi


Türkiyədə məhkəmə tanınmış aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu ilə bağlı hökm çıxarıb.
Yeniavaz.com
“Haberler.com”a istinadla xəbər verir ki, məhkəmənin hökmü ilə Halit Ergenç 1 il 10 ay 15 gün, Rıza Kocaoğlu isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Halit Ergenç və Rıza Kocaoğlu Ayşe Barımın “Gəzi Parkı” istintaqı zamanı “yalan ifadə vermək” iddası ilə mühakimə olunub.
İstanbul 24-cü Ağır Cəza Məhkəməsində keçirilən prosesdə müttəhim Halit Ergenç və vəkilləri iştirak edib.
Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə etdikləri şəxslərə bəraət hökmünün çıxarılmasını tələb ediblər.
Son söz istəyən müttəhim Halit Ergenç də məhkəməyə bəraət hökmünün çıxarılması ilə bağlı müraciət edib.
Qeyd edək ki, prodüser Ayşe Barım “Gəzi Parkı” hadisələrində şübhəli bilinən Mehmet Osman Kavala və Memet Ali Alabora ilə sıx əlaqə saxladığı aşkar edilib. Bununla da o, “Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhd” ittihamı ilə məhkəmə tərəfindən həbs edilib. O, həmçinin şirkəti ilə bağlı olan aktyorları aksiyalara cəlb etməkdə günahlandırılır.
Ancaq aktyorlardan Halit Ergenç və Rıza Kocaoğlu “Gəzi Parkı” etirazlarında öz istəkləri ilə iştirak etdiklərini bildiriblər. Lakin prokurorluq Halit Ergenç və Rıza Kocaoğlunun ifadəsini etibarlı hesab etməyib. Nəticədə, aktyorlar barəsində istintaq işi açılıb.

DİGƏR XƏBƏRLƏR

Top