
UEFA Avropa Liqasının 2024/2025 mövsümü üçün mükafatlandırma mərasimində medal çatmadığına görə ”Tottenhem”dən üzr istəyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi UEFA mətbuat xidmətinin adını açıqlamayan nümayəndəsinə istinadla məlumat yayıb.
Məlumata görə, ”Tottenhem”in kapitanı Son Hın Min də daxil olmaqla London komandasının üç oyunçusuna medal çatmayıb.
Beləliklə, Son boynunda medal olmadan kuboku başının üzərinə qaldırmalı olub.
“Təəssüf ki, mükafatlandırma mərasimi zamanı oyunçuların sayındakı gözlənilməz uyğunsuzluğa görə səhnədə təqdim etmək üçün kifayət qədər medal olmadı. Ancaq medallar dərhal soyunub-geyinmə otağında qalib komandaya təqdim edildi”, - deyə UEFA-nın mətbuat xidmətinin adını açıqlamayan nümayəndəsi bildirib.
Qeyd edək ki, Avropa Liqasının final görüşündə “Tottenhem” və “Mançester Yunayted” klubları qarşılaşıb. Londonlular bu görüşdə 1:0 hesablı qalib gələrək, kuboka sahib olublar.