ABŞ 1 sentlik sikkələrin buraxılmasını dayandırır


ABŞ Maliyyə Nazirliyi 1 senrliklərin (pennilərin) buraxılmasını dayandırır, çünki onlar artıq rentabelli deyil.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Nazirliyin nümayəndəsi vurğulayıb ki, hökumət may ayında pennilər üçün sonuncu sifarişini verib.
Məlumata görə, nazirlik qəpiklərin buraxılmasının dayandırılmasının təxminən 56 milyon dollara qənaət edəcəyini proqnozlaşdırır.
Nəşr bildirir ki, bir sentlik sikkələrdən imtina gözlənilən addım idi, çünki sikkənin dəyəri nominal dəyərini ötür.
Qeyd edək ki, ABŞ-də bir sentlik sikkələr ilk dəfə 1793-cü ildə buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top