ABŞ Cənubi Koreyadan minlərlə əsgərini çıxara bilər – WSJ


ABŞ Cənubi Koreyadan təxminən 4500 əsgərini çıxarmağı düşünür.
Yeniavaz.com
xəbər verir ki, Bu barədə “Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
Onun məlumatına görə, Vaşinqton Cənubi Koreyadan öz qoşunlarını Hind-Sakit okean regionunun digər ərazilərinə, o cümlədən Quam adasına köçürə bilər.
Qəzet qeyd edir ki, belə bir təşəbbüs hələlik baxılmaq üçün ABŞ Prezidenti Donald Trampa təqdim edilməyib və hazırda ABŞ administrasiyasının yüksək vəzifəli şəxsləri arasında müzakirə olunur.
Nəşrin qeyd etdiyi kimi, hazırda Cənubi Koreyada təqribən 28,5 min amerikalı hərbi qulluqçu var.
“The Wall Street Journal” yazır ki, qoşunların yerləşdirilməsi qərarı Vaşinqtonun Ukraynadakı münaqişənin sülh yolu ilə həlli perspektivlərinə aydınlıq gətirənə qədər təxirə salına bilər.

DİGƏR XƏBƏRLƏR

Top