Tramp Harvarddan sonra başqa universitetlərə də xarici tələbələrin qəbulunu qadağan edə bilər


Harvardla bağlı qərardan sonra Tramp administrasiyası başqa universitetlərə də xarici tələbələrin qəbuluna qadağa qoya bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə daxili təhlükəsizlik naziri Kristi Noem “Fox News” telekanalına müsahibəsində bildirib.
Nazir bunu universitetlərə xəbərdarlıq adlandırıb.
Qeyd edək ki, Tramp və onun administrasiyası Harvard və digər nüfuzlu Amerika universitetləri ilə bağlı çoxsaylı açıqlamalar verib.
Onların fikrincə, universitet İsrailin Qəzza zolağında hərbi əməliyyatlarına qarşı çıxan fələstinpərəst fəallar tərəfindən təhdid edilən yəhudi tələbələrin tam təhlükəsizliyini təmin edə bilmir.
Bundan əvvəl ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyi Harvard üçün nəzərdə tutulan 60 milyon dollarlıq federal qrantı ləğv edib.
Nazirliyin buna səbəb kimi, universitetin antisemitizm, etnik və irqi ayrı-seçkilik problemlərini həll edə bilməməsi ilə izah edib.
Həmçinin Tramp administrasiyasının tənqidinin mərkəzində bəzi hallarda qəbul zamanı irqi azlıqlara imtiyazlı rəftar təmin edən açıq və gizli müsbət hərəkət siyasəti dayanır.

DİGƏR XƏBƏRLƏR

Top