“Barselona” Rafinya ilə müqaviləni uzatdı


İspaniyanın “Barselona” klubu braziliyalı futbolçu Rafinya ilə yeni müqavilə imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Barselona” klubunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 28 yaşlı hücumçu ilə müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Rafinya 2022-ci ildən “Barselona”da çıxış edir. Komandanın tərkibində o, iki dəfə İspaniya çempionu olub, bir dəfə ölkə kubokunu, iki dəfə isə super kuboku qazanıb.
Forvard əvvəllər İngiltərənin “Lids”, Fransanın “Renn”, Portuqaliyanın “Sportinq” və “Vitoriya”, həmçinin Braziliyanın “Avai” klublarında çıxış edib.
Rafinya bu mövsüm Çempionlar Liqasında 13 qol vuraraq, “Borussiya Dortmund”un hücumçusu Seru Qirassi ilə birinci yeri bölüşür.
“Barselona” turnirin yarımfinalında İtaliya “İnter”inə uduzub (3:3, əlavə vaxtdan sonra 3:4).

DİGƏR XƏBƏRLƏR

Top