
J.K.Roulinqin sehrbaz personajı Harri Potter haqqında kitablar əsasında çəkiləcək teleserialın hazırlanması üçün 1,25 milyard dollara mini şəhər tikiləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Collider” məlumat yayıb.
Bildirilib ki, yayımcı şirkət HBO “şəhər”i Hertfordşirdəki “Leavesden” studioda tikəcək.
Qeyd edilib ki, sahə bir neçə mövsüm çəkilişi üçün nəzərdə tutulub. Burada yeni yollar, çoxmərtəbəli avtomobil dayanacaqları, böyük çəkiliş pavilyonları və yardımçı obyektlər salınacaq. Mini şəhərdə təkcə dekorasiya yox, həm də uşaq aktyorlar üçün məktəb, tibb məntəqəsi, çəkilişlərdə istifadə olunacaq heyvanlar üçün şərait yaradılacaq.