ABŞ Harvarda əcnəbi tələbələri qəbul etməyi qadağan etdi


ABŞ hökuməti Harvard universitetinə əcnəbi tələbələri qəbul etməyi qadağan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Bildirilib ki, Daxili Təhlükəsizlik Departamenti universitetə ​​məktub göndərərək, mübadilə tələbələrinin qəbulu üçün proqramın sertifikatını dərhal ləğv edəcəyini bildirib.
Məktubun surətini əldə edə bilən “NY Times” jurnalistləri hakimiyyətin hərəkətlərini universitetlə qarşıdurmanın ciddi şəkildə artması adlandırıblar.
Nə ABŞ hökuməti, nə də Harvard bu məktubu rəsmi şəkildə şərh etməyib.
Qeyd edək ki, ABŞ hökuməti ilk olaraq aprelin ortalarında Harvard xarici tələbələri qəbul etməyi qadağan etməklə hədələyərək universitetdən orada təhsil alan əcnəbi tələbələrin “qanunsuz və zorakı hərəkətləri” barədə hesabat verməsini tələb edib. Daxili Təhlükəsizlik Departamenti universiteti Fələstin tərəfdarı tələbə etirazlarına görə “antisemitizmə şərait yaratmaqda” ittiham edib.
Paralel olaraq aprel ayında Ağ Ev 2,2 milyard dollarlıq qrantları dondurub. 

DİGƏR XƏBƏRLƏR

Top