
Xorvatiyalı yarımmüdafiəçi və “Real Madrid”in kapitanı Luka Modriç cari mövsüm başa çatdıqdan sonra klubu tərk edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, şənbə günü, mayın 24-də 39 yaşlı Modriç klubun doğma stadionu olan “Santiago Bernabeu”da son oyununu keçirəcək.
O, postunda 2025-ci ilin yayında ABŞ-də keçiriləcək klublararası dünya çempionatında “Real Madrid”in heyətində çıxış edəcəyini qeyd edib.
“Real Madrid”in rəsmi saytı da Modriçin Klublararası Dünya Çempionatından sonra gedəcəyini yazıb.
Xatırladaq ki, Luka Modriç 2012-ci ildən “Real Madrid”də çıxış edir. Bu müddət ərzində o, klubla 6 dəfə Çempionlar Liqası və 4 dəfə İspaniya çempionatı da daxil olmaqla 28 titul qazanıb. O, klubun heyətində 590 oyun keçirib və 43 qol vurub.
2018-ci ildə Modriç “Qızıl top”un sahibi olub.