ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin qarşısında atışma oldu


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Virciniya ştatının Lenqli şəhərindəki qərargahı yaxınlığında atışma baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “NBC News” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, atışma yerli vaxtla səhər saat 4:00 radələrində (Bakı vaxtı ilə 12:00 - red.) departamentin mühafizəçiləri tərəfindən açılıb. Telekanalın məlumatına görə, hadisə nəticəsində bir qadın xəsarət alıb.
MKİ sözçüsü təhlükəsizlik insidentinin baş verdiyini təsdiqləyib, lakin atışma ilə bağlı heç nə deməyib. İdarə bir nəfərin saxlanıldığını qeyd etsə də, başqa təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahı yaxınlığında insident Vaşinqtonun mərkəzində İsrail səfirliyinin iki əməkdaşının öldürülməsindən bir gün keçməmiş baş verib. “Reuters”in məlumatına görə, iki insident arasında hər hansı əlaqə barədə məlumat yoxdur.
 

DİGƏR XƏBƏRLƏR

Top