Modriç “Real”dan gedir


İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Luka Modriç mövsümün sonunda klubu tərk edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İspaniyanın “Cope” nəşri məlumat yayıb.
Məlumata görə, klubla müqaviləsi iyunun 30-da başa çatan 39 yaşlı yarımmüdafiəçi müqaviləsini uzatmaq istəsə də, “Real Madrid” rəhbərliyi danışıqlar aparmağı planlaşdırmır.
Hazırda klub La Liqanın 38-ci turunun “Real Sosyedad”la oyunu zamanı “Santyaqo Bernabeu” stadionunda Modriçlə vida mərasiminə hazırlaşır.
Qeyd edək ki, Luka Modriç 2012-ci ildən “Real Madrid”də çıxış edir. O, Madrid klubunda 591 oyun keçirib, 43 qol vurub. 95 məhsuldar ötürmə edib.
 “Transfermarkt” portalına görə, futbolçunun təxmini dəyəri 5 milyon avrodur.

DİGƏR XƏBƏRLƏR

Top