Ərdoğan yenidən prezidentliyə namizəd olacaq? – Özündən açıqlama


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən prezidentliyə namizəd olmaq fikrində olmadığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bunu Macarıstandan qayıdarkən jurnalistlərlə söhbətində qeyd edib.
“Yenidən seçilmək və ya yenidən namizəd olmaq fikrində deyiləm. Biz yalnız ölkəmizin nüfuzunu necə yüksəldə biləcəyimizlə maraqlanırıq. Türkiyə dəyişir, dünya dəyişir. Biz yeni bir dövrdə yaşayırıq”, - deyə Ərdoğan bildirib.
Eyni zamanda Türkiyə lideri bəyan edib ki, ölkənin yeni konstitusiyaya ehtiyacı var.
O, Ədalət və İnkişaf Partiyasının yeni Konstitusiya layihəsi üzərində işlədiyini bildirərək, müxalifəti də bu prosesə qoşulmağa dəvət edib.

DİGƏR XƏBƏRLƏR

Top