Şimali Koreyanın yeni döyüş gəmisi Kim Çen Inın qarşısında zədələnib


Şimali Koreyada ölkə lideri Kim Çen Inın da iştirak etdiyi yeni hərbi gəminin təqdimatı uğursuz başa çatıb. Gəminin buraxılış qurğusunun nasazlığı gəminin tarazlığını itirməsinə, dibinə batmasına və zədələnməsinə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, bu faktı Şimali Koreya hökuməti rəsmi xəbər agentliyi vasitəsilə etiraf edib.
Agentliyin bu gün, mayın 22-də dərc etdiyi məlumata görə, qəza mayın 21-də ölkə lideri Kim Çen Inın qarşısında baş verib.
Agentlik həmçinin Kim Çen Indan sitat gətirir ki, bu, qəbuledilməz, ağır hadisə və cinayətdir və hakim Fəhlə Partiyası Mərkəzi Komitəsinin plenumunda müzakirə olunacaq.
Şimali Koreya lideri gəminin iyun ayına kimi bərpa olunmasını tələb edib.

DİGƏR XƏBƏRLƏR

Top