Erməni qarmonçunun oğurladığı mahnılarımız “Youtube” səhifəsindən silindi


“Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” və “Güman yeri var” Azərbaycan mahnılarının musiqilərinin popuri şəklində erməni qarmon ifaçısı Qaqik Stepanyan tərəfindən mənimsənilməsi aradan qaldırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.
Məlumata görə, erməni qarmon ifaçısı Qaqik Stepanyan “Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” və “Güman yeri var” Azərbaycan mahnılarının musiqilərini popuri şəklində qarmonda ifa edərək erməni mahnısı kimi təqdim edib və https://www.youtube.com/watch?v=pJ94cvEIymw səhifəsində yerləşdirib. Q.Stepanyan mahnıların adlarını və onların müəlliflərinin adlarını qeyd etməyib.
Qeyd edilən məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə erməni qarmon ifaçısı Qaqik Stepanyan ifası yutubun qeyd edilən səhifəsindən silinib.

DİGƏR XƏBƏRLƏR

Top