Azərbaycanda qəzet və jurnal satışı kəskin artıb


Bu ilin ilk rübü ərzində Azərbaycanda 2 milyon 786,8 min manat dəyərində kitab, 275,3 min manat dəyərində qəzet və jurnal satılıb.
Yeniavaz.com
xəbər verir ki,  ötən ilin eyni dövrü ilə müqayisədə kitabların pərakəndə satışı 2,1% və ya 56,6 min manat, qəzet və jurnalların pərakəndə satışı isə 2,5 dəfə və ya 164,7 min manat artıb.
Qeyd edək ki, ötən ilin ilk rübündə Azərbaycanda 2 milyon 730,2 min manat dəyərində kitab, 110,6 min manat dəyərində qəzet və jurnal satılıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top