
Ermənistan hökumətinin gündəliyinə Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq məsələsi daxil deyil və Avropaya inteqrasiya ilə bağlı qanunvericilik təşəbbüsləri də bunu nəzərdə tutmur.
Yeniavaz.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
“Ermənistan Avrasiya İqtisadi Birliyinin (Aİİ) üzvüdür və bu təşkilatdan çıxmaqla bağlı gündəm yoxdur. Biz bu məntiqlə işləməyə davam edirik”, - o deyib.
“Birincisi, biz indi fərqli iqtisadi birlikdəyik (Aİİ). İkincisi, Ermənistan Aİ-yə üzvlük üçün ərizə təqdim etməyib. Və mənim, hətta hökumətin üzvü kimi, başqa gündəmdən xəbərim yoxdur”, - Papoyan əlavə edib.
Nazir əmin edib ki, bu, yalnız Aİ ilə münasibətləri Avropa tərəfinin buna hazır olduğu dərəcədə gücləndirməyə yönəlmiş qanunvericilik təşəbbüsüdür.
Bu təşəbbüsün Rusiyaya qarşı olub-olmaması ilə bağlı suala Papoyan mənfi cavab verib.
“Bizim hərəkətlərimiz heç vaxt hansısa ölkənin əleyhinə və ya lehinə yönəlməyib. Əgər biz öz hərəkətlərimizdə hansısa ölkənin əleyhinə və ya lehinə olmaq məntiqinə əsaslansaq, bunu mənfi nəticələri olacaq. Biz müstəsna olaraq Ermənistanın maraqlarına əsaslanaraq hərəkət edirik”, - o qeyd edib