Allahşükür Paşazadəyə yeni müavin təyin edildi


Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) yeni sədr müavini təyin edilib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında məlumat verib.
QMİ sədri yeni sədr müavini vəzifəsinə Ceyhun Rüstəmovun təyin edildiyini bildirib.
“Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavinləri var, amma bizim yeni sədr müavininə də ehtiyacımız var”, - o, əlavə edib.
Bundan başqa, Allahşükür Paşazadə diqqətə çatdırıb ki, bugünkü iclasın mövzusu ilə bağlı QMİ-nin əsasnaməsinə də dəyişiklik edilməlidir: “Belə ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə dini ibadət yerlərinə din xadimlərinin təyin olunması səlahiyyəti verilir”.

DİGƏR XƏBƏRLƏR

Top