Nazirlər Kabineti Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci il 1 yanvar – 1 iyun tarixlərində idxal etdiyi “Aİ-92” benzini və dizel yanacağı üçün müvafiq olaraq 83 min ton və 18 min ton yuxarı hədd müəyyən edib.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Nazirlər Kabinetinin qərarında həmçinin qeyd olunur ki, “Aİ-92” və “Aİ-95” markalı benzinin bir tonunun idxalı üçün alınan 200 manat, dizel yanacağının bir tonunun idxalı üçün alınan 80 manat aksiz vergisi 1 iyun 2025-ci il tarixinədək 1 manata endirilir.