Sahil Babayev rayonlardakı şöbələri ləğv etdi – KİV


Maliyyə Nazirliyinin rayonlardakı şöbələri nazir Sahil Babayevin göstərişi ilə ləğv edilib və regional idarələr yaradılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bizim.Media məlumat yayıb.
Bildirilib ki, nazirliyin Şimal bölgəsində Quba-Xaçmaz Regional Maliyyə idarəsi Qusar şəhərində yaradılıb.
Quba, Şabran, Siyəzən, Xaçmaz və Qusar Maliyyə şöbələri ləğv edilərək Qusarda yerləşən regional idarədə birləşib.
Hazırda Quba-Xaçmaz Regional Maliyyə idarəsində təşkilatı işlər görülür.
Həmçinin yazıda qeyd olunub ki, Kamran Əmirov Quba-Xaçmaz Regional Maliyyə idarəsinin rəis əvəzi təyin edilib, onun öz vəzifəsi isə qurumun rəis müavini postudur.

DİGƏR XƏBƏRLƏR

Top