İrəvan qazılığının fəaliyyəti bərpa olundu – Yeni qazı təyin edildi + Yenilənib


Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının İrəvan qazısı vəzifəsinə Bəxtiyar Nəcəfovun namizədliyi irəli sürülüb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında deyib.
Sonra Bəxtiyar Nəcəfovun İrəvan qazısı təyin olunması səsə qoyularaq qəbul edilib. Daha sonra İrəvan Qazılığının Əsasnaməsi təsdiqlənib.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev QMİ-nin Qazılar Şurasının iclasında Əsasnməni səsləndirib.
Qeyd edilib ki, İrəvan qazılığı hələ ki, QMİ-nin binasında yerləşəcək.


***10:41 
İrəvan qazılığının fəaliyyətinin bərpa olunması ilə bağlı iclas keçirilir.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, iclasda QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, Qazılar Şurasının üzvləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və deputatlar iştirak edirlər.

DİGƏR XƏBƏRLƏR

Top