“İsrail girovları azad etmək üçün Qəzzada atəşkəsə hazırdır” – Netanyahu


“İsrail girovların azad edilməsinə dair razılaşmanın bir hissəsi olaraq Qəzza zolağında müvəqqəti atəşkəs rejimini qəbul etməyə hazır olacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu mətbuat konfransında bildirib.
Bundan əlavə, baş nazir bəyan edib ki, əgər radikallar əllərində olan bütün girovları azad edərlərsə, anklav tamamilə silahsızlaşdırılarsa və HƏMAS hərəkatı zolağın ərazisini tərk edərsə, İsrail Qəzzada müharibəni dayandırmağa hazır olacaq.

DİGƏR XƏBƏRLƏR

Top