
“Comex” birjasında 2025-ci ilin iyun ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti mayın 9-dan bəri ilk dəfə olaraq 1 troy unsiyası üçün 3300 dolları keçib.
Yeniavaz.com xəbər verir ki, bu, ticarət platformasının məlumatlarından aydın olub.
Belə ki, Bakı vaxtı ilə saat 02:08-ə olan məlumata görə, qiymətli metalın qiyməti 2,76% artaraq 1 troy unsiyası üçün 3302,1 dollar təşkil edib. Saat 02:23-də qızılın qiyməti cüzi artımını sürətləndirərək unsiya üçün 3 303,4 dollara (+2,8%) çatıb.