Azərbaycan - Macarıstan oyununun hakimləri məlum oldu


Azərbaycan və Macarıstan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri məlum olub.
Yeniavaz.com
AFFA-ya istinadla xəbər verir ki, qarşılaşmanı Belarusdan olan hakimlər idarə edəcəklər.
Baş hakim Viktor Şimusikə yan xətt hakimləri Sergey Kasavets və Anton Qusev kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə Cavid Cəlilov yerinə yetirəcək.
Qeyd edək ki, görüş iyunun 10-da saat 20:00-da “Liv Bona Dea Arena”da baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top