
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Yeniavaz.com AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXXV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Zirə” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə ev sahibi klubu 800 manat ziyana düşüb.
“Şamaxı” – “Araz-Naxçıvan” matçında “şirlər”in 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.