
Bu gün UEFA Avropa Liqasının 2024/2025-ci il mövsümünün qalibi məlum olacaq.
Yeniavaz.com xəbər verir ki, final oyununda İngiltərənin “Mançester Yunayted” və “Tottenhem” komandaları qarşılaşacaq.
Qarşılaşma İspaniyanın Bilbao şəhərində, “San Mames” stadionunda baş tutacaq.
Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Matçı almaniyalı refer Feliks Zoyer idarə edəcək.
Qeyd edək ki, Avropa Liqası Avropanın ikinci ən mühüm beynəlxalq klub turniridir. 1971/72 mövsümündən 2009/10 mövsümünə qədər UEFA Kuboku adlanırdı.
Xatırladaq ki, UEFA Avropa Liqasının son qalibi İtaliyanın “Atalanta” klubudur.