"BakuBus"a məxsus sərnişin avtobusunda insident yaşanıb.
Yeniavaz.com xəbər verir ki, hadisə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinin avtobus dayanacağında qeydə alnınıb.
"BakuBus" MMC-in mətbuat katibi Əsmər Əliyev "Unikal"a açıqlamasında bildirib ki, hadisə ailə münaqişəsi zəmnində baş verrib. Onun sözlərinə görə, ata və qızı arasında baş verən davaya avtobus sürücüsü və digər sərnişinlər müdaxilə edib, onları sakitləşdirməyə çalışıblar: "İnsidentlə bağlı aidiyyatı qurumlara məlumat verilib. Polis əməkdaşları hadisə yerinə yaxınlaşıb və məsələ yerindəcə həll olunub", - deyə o, əlavə edib.