Ərdoğan Macarıstana getdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın paytaxtı Budapeştə yola düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ​“TRT” telekanalı məlumat yayıb.
Məlumata görə, Türkiyə liderini həyat yoldaşı Əminə Ərdoğan, Prezidentin Kommunikasiyalar üzrə direktoru Fahrettin Altun və Prezidentin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç müşayiət edir.
Qeyd edək ki, Ərdoğan Macarıstanda Türk Dövlətləri Təşkilatının (TDT) Qeyri-rəsmi Sammitində iştirak edəcək.
Ərdoğan həmçinin sammit çərçivəsində iştirakçı dövlət və hökumət başçıları ilə ikitərəfli danışıqlar aparacaq.

DİGƏR XƏBƏRLƏR

Top