Bakıda bu ərazidə qaz olmayacaq


Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Məlumata görə, Sabunçu rayonu, Nardaran qəsəbəsində qaz xətlərinin hava kompresor vasitəsilə kipliyə sınaq olunması məqsədi ilə 21.05.2025–ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Abşeron ,Piryolu, İstiqlaliyət küçələri və Yeni sahə, Bağlar yaşayış sahələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

DİGƏR XƏBƏRLƏR

Top