
ABŞ Prezidenti Donald Tramp və onun tərəfdaşları Tramp tokeninin yanvar ayında istifadəyə verilməsindən bəri ticarətdən 324,5 milyon dollar qazanıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Newsmax” telekanalı məlumat yayıb.
Telekanalın qeyd etdiyi kimi, kriptovalyutanın dəyəri iki yüz ən böyük token sahibinin Trampla mayın 22-də Vaşinqtonda şam yeməyinə dəvət ediləcəyi məlum olduqdan sonra artıb.
Ertəsi gün isə qonaqlar Ağ Evin VIP turuna dəvət olunacaqlar.
Telekanalın məlumatına görə, siyasətçinin andiçmə mərasimindən sonra 44,28 dollara satılan kriptovalyuta hazırda 14,49 dollara satılır.
Qeyd edək ki, bu il yanvarın 18-də siyasətçi Tramp memkoini ($ TRUMP) kriptovalyutasını buraxıb. Onun başlanğıc qiyməti 10 dollar, maksimum qiyməti isə 75 dollardan çox olub.
Yanvarın 19-da isə ABŞ-nin birinci xanımı Melaniya Tramp öz memkoini olan $MELANIA-nı bazara çıxarıb. Onun qiyməti 24 saat ərzində 21.000% artaraq, bir sikkə üçün 6 dollara yüksəlib.