
“Əl-Nəsr”in 40 yaşlı hücumçusu Kriştianu Ronaldo Portuqaliya millisinin heyətinə cəlb edilib.
Yeniavaz.com xəbər verir ki, baş məşqçi Roberto Martines 40 yaşlı futbolçuya UEFA Millətlər Liqasının yarımfinal mərhələsi üçün dəvət göndərib.
Qeyd edək ki, Almaniya ilə yarımfinal oyunu iyunun 4-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Portuqaliya millisinin heyəti:
Qapıçılar: Dioqu Koşta (“Portu”), Ruy Silva (“Sportinq”), Xose Sa (“Vulverhempton”);
Müdafiəçilər: Dioqu Dalo (“Mançester Yunayted”), Nelson Semedu (“Vulverhempton”), Ruben Diaş (“Mançester Siti”), Renatu Veyqa (“Yuventus”), Antoniu Silva (“Benfika”), Nunu Mendeş (PSJ), Nunu Tavareş (“Latsio”), Qonsalu İnasiu (“Sportinq”);
Yarımmüdafiəçilər: Joau Neveş (PSJ), Vitinya (PSJ), Ruben Neveş (“Əl-Hilal”), Brunu Fernandeş (“Mançester Yunayted”), Bernardu Silva (“Mançester Siti”), Joau Palinya (“Bavariya”), Pedru Qonçalveş (“Sportinq”), Joau Feliks (“Milan”);
Hücumçular: Kriştianu Ronaldo (“Əl-Nəsr”), Rafael Leau (“Milan”), Pedru Netu (“Çelsi”), Fransisku Trinkan (“Sportinq”), Rodriqu Mora (“Portu”), Fransişku Konseysau (“Yuventus”), Dioqu Jota (“Liverpul”), Qonsalu Ramuş (PSJ).