Sumqayıtda 8 min 500 abonentin qazı kəsiləcək


Sumqayıtın bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhəri 13-cü mikrorayon, 16-cı mikrorayon, Təzə Corat, Köhnə Coratın bir hissəsi və Novxanı qəsəbəsində cari təmir işləri ilə əlaqədar olaraq bu gün saat 10:00-dan etibarən 8 min 500 abonentin qaz təchizatı dayandırılacaq.
Qaz verilişi təmir işləri başa çatanadək bərpa olunmayacaq.

DİGƏR XƏBƏRLƏR

Top