
İsrailin Qəzza zolağına son 24 saatda endirdiyi zərbələr nəticəsində 98 fələstinli ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı anklavın Səhiyyə Nazirliyinə istinadla mən yayıb.
Telekanalın məlumatına görə, son 24 saat ərzində daha 300 fələstinli yaralanıb.
Qəzza Səhiyyə Nazirliyinin statistik məlumatına görə, İsrailin zolaqda döyüşləri bərpa etdiyi martın 18-dən indiyədək 3427 nəfər həlak olub, 9647 nəfər yaralanıb.
Fələstin-İsrail qarşıdurmasının 2023-cü ilin oktyabrında kəskinləşməsindən bu yana ölənlərin sayı 53 573, yaralananların sayı 121 688 nəfərə çatıb.