
İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində həbs edilən İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun axtarışda olan mobil telefonu tapılıb.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, mobil telefon İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi əməkdaşlarının bir evdə keçirdiyi əməliyyat zamanı aşkar edilib.
Mobil telefonun polis tərəfindən yoxlanışa aparıldığı bildirilir.