
“İsrail ordusu özünümüdafiə çərçivəsində Qəzza zolağında əməliyyatı genişləndirir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir anklavda keçirilən əməliyyat müşavirəsində bildirib.
“HƏMAS hərəkatı tam məğlub olana qədər əməliyyatımızı genişləndirəcəyik, əlavə ərazilər üzərində operativ nəzarət quracağıq, terrorçu infrastrukturu təmizləyəcəyik və məhv edəcəyik. Biz özümüzü müdafiə üçün hərəkət edirik və özümüzü müdafiə etmək üçün hücuma keçməliyik. Sərhədin o biri tərəfindən təhdidləri aydın və qəti şəkildə aradan qaldırmayana qədər özümüzü müdafiə edə bilmərik”, - Zamir bildirib.
O vurğulayıb ki, Qəzzada saxlanılan girovların azad edilməsi kampaniyanın əsas məqsədlərindən biri olaraq qalır:
“Onların azad edilməsi ilə bağlı razılıq əldə olunarsa, ordu öz hərəkətlərini buna uyğun düzəldə biləcək”.