Lavrov 3 ildən sonra İrəvana getdi

lavrov ermənistana gedəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana işgüzar səfərə gedib.
Yeniavaz.com
xəbər verir ki, səfər çərçivəsində Lavrov respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan ilə danışıqlar aparacaq.
Rusiyalı nazirin Ermənistanın Baş naziri və Prezidenti Nikol Paşinyan və Vaaqn Xaçaturyanla da görüşü gözlənilir.
Nazirliyin məlumatına görə, gündəliyə ikitərəfli əməkdaşlığın geniş spektri məsələlərinin, Avrasiya inteqrasiya birlikləri xətti üzrə qarşılıqlı fəaliyyətin, beynəlxalq platformalarda, ilk növbədə BMT-də mövqelərin əlaqələndirilməsinin müzakirəsi daxildir.
Qeyd edək ki, nazir sonuncu dəfə İrəvana 2022-ci ilin iyununda səfər edib.
 

DİGƏR XƏBƏRLƏR

Top