Avtobusun şüşəsini sındıran şəxs saxlanıldı – Video


Mayın 17-də paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli məlumat yayıb.
Bildirib ki, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 38 yaşlı Qurbanov Ruslan saxlanılaraq məsuliyyətə cəlb edilib. Onun əməlinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top