
Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas sosial şəbəkədə məlumat verib.
“Aİ son 14 ildə həmişə suriyalıların yanında olub və bundan sonra da olacaq”, - Kallas deyib.
Kallas bütün sanksiyaların bir anda, yoxsa mərhələli şəkildə qaldırılacağını dəqiqləşdirməyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp mayın 13-də Suriyaya qarşı sanksiyaları da ləğv etmək niyyətində olduğunu bildirib.
Xatırladaq ki, Qərb dövlətləri tərəfindən Suriyaya qarşı sanksiyalar Bəşər Əsəd ölkə prezidenti olanda tətbiq edilib. 2024-cü ilin dekabrında Əsəd devrilib və “Həyat Təhrir əl-Şam” qruplaşması hakimiyyətə gəlib. Onlar Suriyanın demokratik dövlət olacağına söz verdilər.