
“2023-cü ilin oktyabrından İsrailin Qəzza zolağına etdiyi hücumlarda 28 mindən çox qadın və qız həlak olub”.
Yeniavaz.com xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin informasiya xidməti “Reliefweb” məlumat yayıb.
“Məlumata görə, 2023-cü ilin oktyabrında müharibə başlayandan bəri Qəzzada 28 mindən çox qadın və qız öldürülüb. Hər saat orta hesabla bir qadın və bir qızın İsrail qüvvələri tərəfindən öldürüldüyü təxmin edilir. Ölənlər arasında minlərlə ana var”, - məlumatda bildirilib.