
İranın müdafiə naziri briqada generalı Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyəti Ermənistana gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, səfər İran müdafiə nazirinin erməni həmkarı Suren Papikyanın dəvəti ilə həyata keçirilir.
Səfər çərçivəsində İrəvanda Ermənistan və İran müdafiə nazirləri arasında danışıqlar gözlənilir.