
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFFA rəsmi saytında məlumat yayıb.
Məlumata görə, konfrans mayın 23-də, AFFA-nın inzibati binasında olacaq və saat 16:00-da başlayacaq.
Mətbuat konfransında millimizin yoldaşlıq görüşü çərçivəsində iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda Latviya və iyunun 10-da “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə oyunlar üçün heyəti açıqlanacaq.