
Sosial şəbəkələrdə 165 saylı marşrutda yaşlı qadının əlində bıçaq sərnişinləri təhdid etməsi görüntüləri yayılıb.
Yeniavaz.com xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.
Qadının ruhi xəstə olduğu bildirilir.
DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Qafqazinfoya bildirib ki, ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.