
“Barselona” klubunun və İspaniya millisinin 17 yaşlı cinah oyunçusu Lamin Yamal “Barselona”da 10 nömrə alacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Managing Barça” məlumat yayıb.
Məlumata görə, kataloniya klubunda bu nömrə ilə daha əvvəl Ronaldinyo, Dieqo Maradona və Lionel Messi çıxış edib.
Nömrə hazırda Ansu Fatiyə məxsusdur. Lamin Yamal isə 19 nömrə altında oynayır.
Yamalın yeni nömrəni 18-ci ad günündə, iyulun 13-də alacağı gözlənilir.
O, həmçinin, “Barselona” ilə 1 milyard avroluq sərbəst qalma məbləği ilə yeni müqavilə imzalayacaq.
Qeyd edək ki, bu mövsüm futbolçu kataloniyalıların heyətində 54 oyun keçirib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib.