Ronaldo daha 2 mövsüm oynamaq niyyətindədir


“40 yaşlı Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo bu il karyerasını bitirməyi planlaşdırmır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nikolo Sçira məlumat yayıb.
Bildirilib ki, onun “Əl Nəsr”lə müqaviləsi mövsümün sonuna qədərdir, lakin o, 2026-cı il dünya çempionatına qədər oynamaq istəyir.
Qeyd edilib ki, Ronaldo karyerasını harada davam etdirəcəyinə yaxın günlərdə qərar verəcək.
Bu mövsüm Ronaldo “Əl-Nəsr”in heyətində 39 oyun keçirib, 33 qol vurub və 4 məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top