
“Yaponiyanın avtomobil istehsalçısı “Nissan” ölkə daxilində və xaricdəki zavodlarını bağlamağı planlaşdırır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” insayderlərə istinadən məlumat yayıb.
Şirkət Yaponiyadakı iki sahədə istehsalı dayandırmağı planlaşdırır. Birincisi, 1961-ci ildən fəaliyyət göstərən Oppama zavodudur. Bağlanmağa ikinci namizəd isə “Nissan”ın “Nissan Shatai” vasitəsilə yalnız yarısına sahib olduğu Senandakı zavodudur.
Optimallaşdırma bir sıra xarici müəssisələrə də təsir edəcək: Cənubi Afrika, Hindistan, Argentina və Meksikada fabriklərin bağlanması planlaşdırılır. Nəticə etibarı ilə maddi sıxıntıya düşən “Nissan” əməliyyat xərclərini azaltmağa çalışır.
Nəşr daha əvvəl bildirib ki, şirkət mart ayında başa çatan 2024-cü maliyyə ili üçün 700-750 milyard yen zərər gözləyir. Avtomobil şirkəti bunu aktivlərin amortizasiyası və restrukturizasiya xərcləri ilə izah edir. O, əvvəllər illik təxminən 80 milyard yen itkisi proqnozlaşdırmışdı.