“Rusiya Ukrayna ilə gələcək sülh müqaviləsi üzrə memorandum üzərində işləməyə hazırdır” – Putin


“Rusiya Ukrayna ilə gələcək sülh müqaviləsi üzrə memorandum üzərində işləməyə hazırdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidenti Vladimir Putin Amerika lideri Donald Trampla telefon danışığından sonra deyib.
“Rusiya Ukrayna tərəfinə bir sıra mövqelərin müəyyən edilməsi ilə mümkün gələcək sülh müqaviləsi ilə bağlı memorandum təklif edəcək və onunla işləməyə hazırdır. Məsələn, nizamlanma prinsipləri, mümkün sülh sazişinin vaxtı və s., o cümlədən müvafiq razılaşmalar əldə olunarsa, müəyyən müddətə mümkün atəşkəs”, - Putin bildirib.
Xatırladaq ki, daha öncə ABŞ Prezidenti Donald Trampla Putin arasında telefon danışığı baş tutub. Bundan öncə isə Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıb.

DİGƏR XƏBƏRLƏR

Top