Tramp Putinlə də danışdı


ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Trampın daha əvvəl elan etdiyi kimi, danışıqların mövzuları ticarət, eləcə də Rusiya-Ukrayna müharibəsinə son qoymaq olacaq.
Xatırladaq ki, daha öncə Ukraynanın “Ediniye Novosti” nəşrinin  mənbəyə istinadən verdiyi məlumata görə, Putinə zəng etməzdən əvvəl Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonda danışıb.
Putinlə söhbətindən sonra Tramp yenidən Zelenskiyə, eləcə də müxtəlif NATO üzvlərinə zəng etmək niyyətindədir.

DİGƏR XƏBƏRLƏR

Top