
İsrail və Azərbaycan təhlükəsizlik sahəsində əməkdaşlığı daha da möhkəmləndirmək niyyətindədir.
Yeniavaz.com “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, İsrailin müdafiə naziri İsrael Katz bu gün Təl-Əvivdə Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşüb. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq məsələləri müzakirə olunub.
Katz Azərbaycanın İsraillə Türkiyə arasında vasitəçilik cəhdlərinə və 7 oktyabr HƏMAS hücumundan sonra göstərdiyi dəstəyə görə təşəkkür edib. O, bu dəstəyi "əsl dostluq jesti" adlandırıb.
Katz söhbət zamanı Azərbaycanın İsrailə “Eurovision” mahnı müsabiqəsində verdiyi maksimum səsləri də xatırladıb. O, bunu iki xalq arasında mədəni yaxınlığın və mehriban münasibətlərin göstəricisi kimi dəyərləndirib.