
Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə bu ilin ilk 3 ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 0,9% azalaraq 632,7 min nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,9%, Gürcüstana gedənlərin sayı 20,4% artıb, Türkiyəyə gedənlərin sayı 6,3%, Rusiyaya gedənlərin sayı isə 26,4% azalıb.
Azərbaycan vətəndaşlarının 36,1%-i Türkiyəyə, 16,1%-i Rusiyaya, 11,1%-i Gürcüstana, 11%-i İrana, 25,7%-i digər ölkələrə səfər edib.
Gedənlərin 66,9%-ini kişilər, 33,1%-ini qadınlar təşkil edib.
Bu ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68%-i hava, 29,9%-quru, 2,1%-i isə dəniz nəqliyyatından istifadə edib.