Trampın şirkəti Xoşimində göydələn tikəcək


ABŞ Prezidenti Donald Trampın “The Trump Organization” şirkəti Vyetnamda göydələn tikmək istəyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, yeni hündürmərtəbəli bina Xoşimin şəhərinin biznes rayonunda inşa edilə bilər. Onun fərqləndirici xüsusiyyətlərindən biri də buradakı binaların fransız müstəmləkə üslubunda tikilməsidir.
Yeni layihə ilə bağlı təklif Vyetnam rəsmilərinin Şimali Vyetnamdakı Hınqyon əyalətində 1,5 milyard dollarlıq qolf layihəsi üçün “The Trump Organization”a yaşıl işıq yandırmasından sonra gəlib.  
Yeni layihəyə qolf meydançası, yaşayış sahəsi və əyləncə parkı daxildir. Layihənin 2029-cu ilə qədər başa çatdırılması gözlənilir.
Qeyd edək ki, 2024-cü ildə Vyetnam və ABŞ arasında ticarət dövriyyəsi təxminən 150 milyard dollara çatıb. Vyetnamın ABŞ-yə ixracatının dəyəri əvvəlki ilə nisbətən 19% artaraq, 137 milyard dollar təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top